Qırmızı.az
Azərbaycanın avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib
Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Məlumata görə, hazırda Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən
yollar, prospekt və küçələrin ümumi uzunluğu 1525 km-dir.
2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən,
yenidənqurulan və təmir olunan yolların uzunluğu 703,3 km
olub.
Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zığ
dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq
meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Bakı-Ələt yolunun 2-6 km,
şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan
hissələri, Zabrat-Maştaga-Buzovna, Zığ dairəsi-Heydər Əliyev Hava
Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar,
prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri
kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin
maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.
Tədbirdə qeyd olunub ki, Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər
artıq çoxdan müəyyən olunub. Şəhərin nəqliyyat sisteminin
təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və
fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən
nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib.
Tədbirlər Planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri,
yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin
tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr
gözləyir. Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə
yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər
edilib.
Ölkənin ümumi istifadədə olan avtomobil yollarının
uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu
göstərici 18 902 km, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki,
bunun da 17 529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in
balansındadır.
Son 10 il ərzində avtomobil yollarının
tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif
təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və
qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd
asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində
respublikada yeni tikilən, yenidənqurulan, əsaslı təmir olunan
yolların uzunluğu 8332 km olub.
Bu dövrdə ümumi istifadədə olan avtomobil
yollarında 222 yeni körpü və yolötürücüsü tikilib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti
İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların
sırasında bu sahənin inkişafı önəmli yer tutur. Azərbaycanda ən
müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq deyən ölkə başçısı
İlham Əliyev son 10 il ərzində 180 dəfəyə yaxın avtomobil
yollarının, yol qurğularının açılış mərasimində iştirak edib,
habelə işlərin gedişi ilə tanış olaraq öz tapşırıq və
tövsiyyələrini verib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...