Azərbaycanda yeni uşaq bağçaları sistemi yaradıla bilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni uşaq bağçaları sistemi yaradıla bilər

Azərbaycanda yeni uşaq bağçaları sistemi yaradıla bilər

Bağça institutunu biz bir vaxt rədd etdik, lakin sonradan ölkə başçısının tapşırıqları nəticəsində bağçalar gözəl günlərini yaşamağa başladı”.

Bu sözləri İnterAz-a müsahibəsində millət vəkili, parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib. Deputat bildirib ki, ölkədə yeni bağçaların tikilməsinə baxmayaraq, sistem yenilənməlidir.

“Bu sahədə görülməli olan işlər çoxdur. Biz dağıdılan bazanın üzərində yeni bir istiqamətdə, yeni uşaq bağçaları sistemi yaratmalıyıq. Bu barədə düşünürük. Çünki sahənin özü çox düşündürücüdür”.

Millət vəkili ölkədə fəaliyyət göstərən internat məktəblərinin vəziyyətindən də danışıb.

O, deyib: “Bu, arzuolunmayan bir haldır ki, internat məktəblərində ideal şərait var. İnternat məktəbləri fərqli olmalıdır. Əgər valideynlər yaşayırlarsa, o zaman internat məktəblərinə nə ehtiyac var? Onun formasını başqa cür düşünmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm