Dayə ev sahiblərini kanalizasiya suyu ilə zəhərləyirmiş
Bizi izləyin

Qırmızı.az

Dayə ev sahiblərini kanalizasiya suyu ilə zəhərləyirmiş

ABŞ-da evlərin birində dayə işləyən qadın ev sahiblərini kanalizasiya suyu ilə zəhərləyib. Sahiblərin səhhətində problemlərin yarandığından xəbər tutan dayə sonradan buna peşman olub.

Qadının bu dəhşətli əməli öz hərəkəti haqqında xəbər saytlarından birinə məktub göndərərək məsləhət istəməsilə məlum olub.

Dayə məktubda yazıb: “Mən əvvəllər çox diqqətsiz, kobud və səbirsiz cütlüyün evində dayə işləyərdim. Onların yanında olmaq dözülməz idi. Ona görə də intiqam almaq qərarına gəldim. Mən tez-tez onların diş fırçalarını kanalizasiya suyu ilə isladardım. Mən bilirdim ki, ev sahibəsi həmişə özü ilə içməli su gəzdirir. Mən suyu dəyişərək onu kanalizasiya suyu ilə əvəzləyərdim. Bundan sonra mən özümü yaxşı hiss edərdim”.

Qadın qeyd edir ki, o öz bəd əməllərini 3 ay müddətində davam etdirib. Sonra isə psixi sağlamlığına görə işdən çıxmalı olub. Cütlüyün sağlamlığında problemlərin yaranmasından xəbər tutduqda isə çox peşman olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm