Təhsil Nazirliyindən BDU-dakı hadisələrə - Reaksiya
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən BDU-dakı hadisələrə - Reaksiya

“Tələbələr hələ də dərk etmirlər ki, bu qərar onların özünə çox sərfəlidir. Onlar Boloniya sisteminin mahiyyətini dərk eləmirlər. Müəllim, ya dekan kəsirə görə tələbədən pul ödəməyi tələb etmir. Sadəcə, Boloniya sisteminin mahiyyəti belə diktə edir”.

Bu sözləri Təhsil Nazirliyinin rəsmisi Bakı Dövlət Universitetində tələbələrin aksiyasına münasibət bildirərkən “Axar.az”a deyib.

Nazirlik əməkdaşı tələbələrin “Kəsrə görə pul ödəməyək” şüarı ilə təşkil etdikləri aksiyanı aldıqları təhsil sisteminə zidd sayır: “Bu qərarı Nazirlər Kabineti qəbul edib. Əsaslandırılmış qərardır. Belə qərarlar hər şey nəzərə alınaraq qəbul edilir. Kəsirə görə tələbələrin pul ödəməsi Boloniya prinsiplərinə zidd deyil. Bugünkü təhsil sistemi bunu tələb edir. Tələbələr Avropa təhsilindən danışırlar, belə təhsil sistemi istəyir gənclər. Avropada təhsil belədir”.

Nazirlik nümayəndəsi bildirib ki, Təhsil nazirliyinin təsmiləri narazı tələbələrlə görüşüb, şikayətlərini dinləyib: “Onların diqqətinə çatdırdıq ki, etiraz etdikləri qərar təhsil aldıqları Boloniya sisteminin prinsiplərinə uyğundur. Ümid edirik ki, belə bir hal növbəti dəfə təkrarlanmayacaq”.

Xatırladaq ki, fevralın 20-də BDU-nun tələbələri alt qrupda təhsil alanların dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz ediblər. Növbəti belə aksiya fevralın 24-nə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm