Özünü partladaraq 41 ermənini öldürən Milli Qəhrəman - VİDEO
Bizi izləyin

Qırmızı.az

Özünü partladaraq 41 ermənini öldürən Milli Qəhrəman - VİDEO

Özünü partladaraq 41 ermənini öldürən Milli Qəhrəman

Milli Qəhrəman Tahir Həsənovun xatirə lövhəsi yaşadığı binaya vurulub. Mərasimdə milli qəhrəmanın ailə üzvləri, qohumları, sinif və döyüş yoldaşları iştirak edib.

Xatirə lövhəsi Milli Qəhrəmanların Sosial Problemləri İctimai Birliyinin təşkilatçılığı ilə qoyulub.


İB-nın sədri Kamil Mehdiyev: “Bizim birliyin məqsədi milli qəhrəmanları tanıtmaqdır. 2014-cü ildə 10 milli qəhrəmanın xatirə lövhəsini qoyacağıq. Birinci Tahir Həsənovdan başlayıb. Qoy insanlar milli qəhrəmanlarımızı tanısınlar”

Tahir Tofiq oğlu Həsənov 1970-ci ildə Bakı şəhərində doğulub. Ailənin bir övladı olan Tahir anasının etirazlarına baxmayaraq döyüşə yollanıb.

22 yaşlı milli qəhrəman döyüş yoldaşlarını mühasirəyə düşməkdən xilas edib. Özünü partladaraq 41 ermənini də öldürüb.

Özündən sonra heç bir nişanəsi qalmayan Tahir Həsənov 1992-ci ildə 22 yaşında dünyasını dəyişib. Onun ölümündən də elə 22 il keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm