Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik
Bizi izləyin

Qırmızı.az

Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik

Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik

Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Milli Düşüncə İnstitutu İctimai Birliyi, Alp nəşrləri və Eqoist.net- in birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan ədəbiyyatında tərcümənin problemləri” mövzusunda müzakirə keçirib.

Publika.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında keçerilən tədbirdə yazıçılar, Slavyan Universitetinin müəllimləri iştirak edib. İştirakçılar ölkəmizdə tərcümənin problemləri, bu istiqamətdə görülə biləcək işlər barədə danışıblar.

Tədbirdə çıxış edən şair Oqtay Hacımusalı 1990-cı illərdə Azərbaycan ədəbiyyatında müşahidə edilən durğunluğun tərcüməyə də təsir etdiyini deyib:

“Həmin dövrdə tərcümələr daha çox fərdi qaydada aparılırdı. Bu fərdi tərcümələr isə tərcümə ədəbiyyatını tənəzzüldən xilas etdi. Bu gün ölkədə tərcümə işi ilə məşğul olan nəşriyyatlar var. Lakin onlar daha çox iki və üçüncü dillərdən tərcümələr edirlər. Bundan başqa, tərcümələrin əsas problemi redaktədir. Bu sahədə də qüsurlar çoxdur. Həmçinin yazıçı, naşir və bazar münasibətləri də formalaşmayıb. Tərcüməçilər həm də tərcümə etdikləri dilin də spesifikasını da bilməlidirlər. Amma bu istiqamətdəki problemlər tərcüməçilərin gəlirlərinin aşağı olmasından da irəli gəlir”.

Bakı Slavyan Universitetinin Tərcümə kafedrasının dekanıKamran Hacıyev tərcümə işi ilə bağlı gördükləri işlərdən danışdı. Bildirdi ki, BSU-da Tərcümə işi ilə bağlı elmi tədqiqat laboratoriyası, tərcümə şöbəsi, tərcümə fakültəsi yaradılıb. Bu istiqamətdə tələbələr yetişdirilir.

“Rektor Kamal Abdulla səyi nəticəsində tərcümə laboratoriyasında “Filoloqun laboratoriyası 100” adlı layihə həyata keçirilir. Bu laboratoriyada əsərlərin əksəriyyəti orijinaldan tərcümə edilir”.

“Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri, ekspert Tariyel Faziloğlu bildirdi ki, Sovet dövründə tərcümə ilə məşğul olan peşəkar mərkəzlər olub. Həmin mərkəzlərdə çalışan şəxslərin işlərinə məsuliyyəti var idi:

“İndi isə nəşriyyatlar sadəcə bazara tərcümə ədəbiyyatı çıxartmaq marağındadır. Bu kitabların bir çoxunda ədəbi qaydalar qorunmur, hətta ləhcə ilə tərcümə edilir, kitablarda müəyyən dialektlərə məxsus sözlərə rast gəlirik.Həmçinin bir neçə ilə əvvəl tərcümə edilmiş kitablar yenidən tərcümə edilir, üstəlik onlar çox qüsurlu

olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm