Bu gün Bakıya yağış, bölgələrə qar yağacaq - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıya yağış, bölgələrə qar yağacaq - Hava Haqqında

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var.

Temperaturun gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 8-13° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 7-12°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm