Yasamalda borclu abonentlərin elektrik enerjisi dayandırıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yasamalda borclu abonentlərin elektrik enerjisi dayandırıldı - VİDEO

Sakinləri elektrik enerjisi ilə tam təmin edən "Bakıelektrikşəbəkə"nin əməkdaşları indi qapı - qapı düşərək istifadə olunan enerjinin haqqını yığmağa çalışır.

Sakinləri elektrik enerjisi ilə tam təmin edən "Bakıelektrikşəbəkə"nin əməkdaşları indi qapı - qapı düşərək istifadə olunan enerjinin haqqını yığmağa çalışır.

Baxmayaraq ki, borclu abonentlərə mütəmadi olaraq, borclarını ödəmələri barədə xəbərdarlıq olunub. Hətta bildirişlər binaların giriş qapılarına belə yapışdırılıb. Söhbət birinci yeni Yasamal Dadaş Bünyadzadə kçəsi 12 ünvanında yerləşən yeni tikilidə yaşayan borclu sakinlərdən gedir.

Sözü gedən ünvanda düz 28 belə abonent var ki , hələ də adı çəkilən quruma borcludur. Ona görə də sakinlərin qapısı döyülərək, onlara son xəbərdarlıq edildi. Borcunu yerində ödəmədikləri halda mənzilə elektrik enerjisinin verilişini dayandırıldı.

Elə həyət evlərində yaşayan sakinlər də elektriə olan borcları ilə göydələndə yaşayanlardan fərqlənmirdi. Məsələn bu xanımın 180 manat borcu var.

Sakin İradə Mustafayeva: “İndi imkanım yoxdur. 100 manat ödədim. Ayın axırı da pensiyamı alan kimi ödəyəcəm”.

Firudin kişi də uzun müddət tam ödəniş etmədiyindən borclarının yığılıb qaldığını deyir. Bu gün o işığa düz 600 manat borcludur.

Yasamal enerji satışı və təchizatı idarəsinin mühəndisi isə deyir ki , biz kəsimlərdən əvvəl sakinlərə 1 ayın içində düz 3 dəfə xəbərdarlıq etmişik. Onlardan bir hərəkət görmədikdə isə kəsimlərə əl atmalı oluruq. Çünki qış aylarında əhaliyə istifadə etdikləri enerjinin pulunu ödətmək çox çətin olur. /ANS TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm