Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib - FOTOLAR

Almaniyanın nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, “Soyqırım Həqiqətlərini Tanıtma” İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “XXI əsrdə Azərbaycan geostrateji baxımdan” m

Almaniyanın nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, “Soyqırım Həqiqətlərini Tanıtma” İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “XXI əsrdə Azərbaycan geostrateji baxımdan” mövzusunda konfrans keçirilib.

Tədbirdə “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin təmsilçiləri Əli Zülfüqaroğlu, Elnur Eltürk və digərləri iştirak ediblər.

Tədbirdə Alman Azərbaycan Mədəniyyət Evinin başqanı Altay Rüstəmli rəhbərlik etdiyi təşkilatın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumat verib. O, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərin, konfransların təşkil olunacağını bildirib.

Məruzəçi Tanju Can diqqətə çatdırıb ki, Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir: “Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər Qarabağda bir əl kəsilibsə, deməli bütün türk dünyasının qanı axıdılıb”.

Xocalı faciəsi zamanı təkcə ata tərəfdən 40-dan artıq qohumunu itirdiyini bildirən “Soyqırım Həqiqətlərini Tanıtma” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qətliamın türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğunu vurğulayıb: “Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu demək istəyirəm ki, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti əvəzsizdir. Xocalı sakini olaraq burada iştirak edən hər bir şəxsə minnətdarlığımı bildirirəm”.

Millət Məclisin deputatı Musa Qasımlı ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışıb.

Millət Məclisin digər deputatı Rövşən Rzayev isə ermənilərin Xocalı faciəsindən əvvəl Qaradağlı kəndində də soyqırımı aktı törətdiklərini vurğulayıb.

Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən danışılıb, bu faciənin unudulmayacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm