Qırmızı.az
Berlində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Bu gün Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Berlin Türk Evində baş tutan tədbirdə Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə yanaşı
Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqaladə və
səlahiyyətli səfiri cənab Pərviz Şahbazov, Türkiyə Cumhuriyyətinin
Almaniyadakı Başkonsulu cənab Ahmet Başar Şen, tarixçi alim Dr.
Qasım Hacıyev, yazıçı və jurnalist xanım Səriyyə Cəfərova,
Almaniyada yaşayan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətlərinin
nümayəndələri iştirak ediblər.
Millət vəkili Azay Quliyev çıxış edərək belə bir tədbiri təşkil
etdikləri üçün təşkilatçılara öz minnətdarlığını bildirdi və bu cür
tədbirlərin əhəmiyyətindən söz açaraq Xocalını ildə bir dəfə deyil,
il boyu anılmasının və dünya ictimaiyyətinin diqqətində
saxlanılmasının vacibliyini vurğuladı. Almaniyadakı vətəndaş
cəmiyyəti nümayəndələrini Xocalı soyqırımının tanıdılması
istiqamətində səylərini artırmağa çağıran şura sədri, rəhbəri
olduğu qurumun Almaniyada fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığa
hazır olduğu söylədi.
Eyni zamanda millət vəkili Xocalı soyqırımının tanıdılmasının
hüquqi aspeklərindən bəhs etdi və Heydər Əliyev Fondunun soyqırımın
tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək
artıq altı ölkənin Xocalı soyqırımını tanıdığını bildirdi. Azay
Quliyev fevralın 25-də Türkiyə və Azərbaycan QHT-lərinin Xocalı
Soyqırımı ilə bağlı birgə bəyanat vercəyi barədə razılığa
gəldiklərini bildirdi və Almaniyadakı QHT-ləri də bu bəyanata
dəstək vermələrinə çağırdı. Azay Quliyev onu da bildirdi ki,
ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd etmələri
ərəfəsində Xocalı soyqırımını gündəmdə saxlamaq olduqca vacibdir.
Cənab Quliyev Ermənilərin 100 il bundan qabaq olmamış bir hadisəni
həqiqət kimi təqdim edikləri, lakin bizim cəmi 22 il əvvəl baş
verən və əlimizdə kifayət qədər sübutlar olduğu halda Xocalı
soyqırımını istədiyimiz səviyyədə düyada tanıtdıra bilmədiyimizi
dilə gətirdi və Azərbaycan Baş Prokurorluğunun Xocalı soyqırımını
törədən 200 nəfər qarşı cinayət işinin açıldığını tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Həmçinin, Şuranın UEFA-ya, Qalatasaray və Çelsi futbol klublarına
26 fevral 2014-cü ildə İstanbulda UEFA Çempionlar liqası
çərçivəsində baş tutacaq Qalatasaray-Çelsi oyununda Xocalı
soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad
edilməsini və oyunçuların qollarına qara qolbaq bağlayaraq
meydançaya çıxmaları barədə müraciətini diqqətə çatdırdı və
Atletiko Madrid futbol kulubunun bu ərəfədə baş tutacaq oyununda
Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi
və qollarına qara qolbaq bağlayacaqları barədə qərar qəbul etdiyini
və bunun çox mühüm bir hadisə olduğunu söylədi.
Daha sonra Azay Quliyev auditoriyanın ona ünvanladığı suallara
cavab verdi. Türkiyənin Xocalı soyqırımını tanıması və Türkiyənin
Ermənistanla sərhədləri açmaq üçün futbol diplomatiyasını necə
dəyərləndirdiyi barədə sualları cavablandıraraq bildirb ki,
"Türkiyə hələ ki Xocalı soyqırımını tanımayıb, və mən Türkiyənin
daxili işlərinə qarışmaq istəmirəm, lakin bir azərbaycanlı kimi çox
istərdim ki, Türkiyə soyqırımı tanısın. O ki qaldı, Türkiyə
prezidentinin Ermənistan prezidenti ilə Ermənistanda futbol maçını
izləməsinə, demək isətəyirəm ki, Türkiyənin bu jesti və Sürixdə iki
ölkə arasındakı münasibətlərin normallaşdırması haqqındakı
protokolu imzalamasına baxmayaraq, Ermənistanın konstitutsiya
məhkəməsi qərar qəbul etdi ki, Türkiyə qondarma erməni soyqırımını
tanımalıdır, əgər bu olmazsa onlar münasibətləri
normallaşdırmayacaqlar. Bundan başqa bilirsiniz ki, Ermənistan
konsitutsiyasında Ağrı dağını Ararat kimi göstərməklə bu ölkə
Türkiyəyə qarşı ərazi iddiası nümayiş etdirir. Belə olan halda
hansı münasibətlərdən söhbət gedə bilər?! Ona görə də düşünürəm ki,
Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi idiasından vaz
keçməyincə bu ölkə ilə hər hansı bir münasibətdən danışmaq
faydasızdır".
Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalıya
həsr edilmiş sənədli film də nümayiş olunub.
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi