Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var
Bizi izləyin

Qırmızı.az

Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusu toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə, minik avtomobili ağır deformasiyaya uğrayıb, sürücüsü isə 1986-cı il təvəllüdlü Məmmədov Elşad Elnar oğlu hadisə yerində həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm