İcra başçısından “Razin talkuçka”sı ilə bağlı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İcra başçısından “Razin talkuçka”sı ilə bağlı - AÇIQLAMA

Dünən “Razin talkuçka”sının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib.

Dünən “Razin talkuçka”sının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib.

İcra başçısı “Qafqazinfo” açıqalmasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırb. Adil Vəliyev bildirbi ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib. Dünən İcra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qrumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasın həyata keçirtmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa tərəfində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcəklər. Məsələni bazar əməktaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq işlərinə dəstək olduqlarını qeyd etdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm