Türkiyədə təhsillə bağlı beynəlxalq konfrans keçirilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyədə təhsillə bağlı beynəlxalq konfrans keçirilir - FOTOLAR

Bu gün İstanbulda Türkiyənin Jurnalistlər və Yazıçılar Vəqfi ABANT platforması tərəfindən 31-ci beynəlxalq ABANT toplantısı çərçivəsində "Türkiyenin Eğitimle Sınavı: Uluslararası Tecrübeler İşığında Eğitim Politikası & Çözüm Arayışları” adlı iki günlük be

Bu gün İstanbulda Türkiyənin Jurnalistlər və Yazıçılar Vəqfi ABANT platforması tərəfindən 31-ci beynəlxalq ABANT toplantısı çərçivəsində "Türkiyenin Eğitimle Sınavı: Uluslararası Tecrübeler İşığında Eğitim Politikası & Çözüm Arayışları” adlı iki günlük beynəlxalq konfrans işə başlayıb.

Publika.Az-ın tədbirdə iştirak edən məkdaşının verdiyi məlumata görə, konfransda dünyanın 13 ölkəsindən 200 nəfər, eləcə də Azərbaycandan 9 nəfər nümayəndə iştirak edir. Tədbirin əsas məqsədi Türkiyənin hazırkı təhsil siyasətinin beynəlxalq səviyyədə müzakirəsi və dünya təcrübəsindən yararlanaraq onun tədbiqi ilə bağlıdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən Jurnalistlər və Yazıçılar Vəqfinin sədri Mustafa Yeşil qonaqları salamlayıb.

Tədbir iki gün və 4 seans şəklində keçirilir. Birinci gün ilk seansda Türkiyədə təhsil sisteminin mevcut vəziyyəti müzakirə olunub. Tədbirə qatılan qonaqlar da bu mövzuda öz fikirlərini səsləndirib. İkinci seansda isə Türkiyədə və dünyada xüsusi təşəbüsün təhsilə olan qatqısı geniş bir şəkildə müzakirə olunub.

Orta Doğu Texniki Unversitetinin nümayəndəsi İlhan Dülger ve Çankaya Unversitetinin professoru tədbirin böyük əhəmyiyyətini vurğulayıb. O, Türkiyədə dövlət və özəl məktəblərin önəmindən bəhs edərək xüsusilə dərsanələrin bağlanılmasının Türkiyə üçün çox zərərləri olacağını bildirib.

Tədbirdə qeyd olunub ki, Türkiyədə dərsanələrin bağlanılması çox yanlış siyasətdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm