Samuxda avtomobil piyadanı vurub
Bizi izləyin

Qırmızı.az

Samuxda avtomobil piyadanı vurub

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 21: 00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 21: 00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Kənd sakini Firuz Sadiqov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan piyada 38 yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ilkin müayinədən sonra yaralının vəziyyətini ağır kimi qiymətləndiriblər.

Qeyd edək ki, hadisə nəticəsində avtomobil yolun hərəkət hissəsindən çıxaraq bir neçə metr kənara düşüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Həkim Mehman Hüseynov: "Bizə avtoqəza nəticəsində bir nəfər Samux rayon sakini 1976-cı il təvəllüdlü Namiq Hüseynov gətirilib. Xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həmin şöbədə reanimasion tədbirlər davam etdirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm