• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tələbələr Abel Məhərrəmova dəstək kampaniyasına başladılar

Tələbələr Abel Məhərrəmova dəstək kampaniyasına başladılar

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi kəsirlərlə bağlı əlavə ödəniş tələblərinə etiraz ediblər. Onlar bununla əlaqədar aksiya da keçiriblər.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov isə Təhsil Nazirliyinin nümayəndələri ilə birgə dünən məsələ ilə əlaqədar tələbələrlə görüşüb, Nazirlər Kabinetinin kəsirlərə görə əlavə ödəniş tələblərinə dair qərarını onlara izah edib.

Bu gün isə etirazçı tələbələr Abel Məhərrəmovun əleyhinə yeni tələblər irəli sürüblər.

Newstime.az-ın məlumatına görə, etirazçı tələbələrə cavab olaraq BDU-nun digər tələbələri rektor Abel Məhərrəmova dəstək kampaniyasına başlayıblar.

Onlar Bakı Dövlət Universitetində aparılan islahatları dəstəklədiklərini, universitetdə təhsilin inkişafı üçün görülən işləri yüksək dəyərləndirdiklərini bildirirlər:

“Abel Məhərrəmova dəstək- təhsilimizin bu gününə və gələcəyinə dəstək deməkdir”-deyə kampaniyada bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR