Parisdə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Parisdə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTOLAR

Fevarlın 23-də Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə paytaxtın Mars çölündəki “Sülh” abidəsinin önündə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş aksiya keçirilmişdir.

Fevarlın 23-də Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə paytaxtın Mars çölündəki “Sülh” abidəsinin önündə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş aksiya keçirilmişdir.

Əvvəlcə erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmiş xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva ərazilərini Azərbaycan torpağı hesabına genişləndirmək məqsədi güdən və “Böyük Ermənistan” yaratmaq iddiası ilə yaşayan erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törətdiklərini, günahsız insanları - qadınları, uşaqları və yaşlı insanları amansızlıqla qətlə yetirdiklərini diqqətə çatdırmışdır.

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının Xocalı faciəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük qırığını kimi dəyərləndirdiyini xatırladan M. Fətəliyeva Xocalı şəhərinin artıq mövcud olmadığını, dinc sakinlərə qarşı törədilən qətliama beynəlxalq təşkilatlar tərəfindən siyasi qiymət verilmədiyini vurğulamışdır.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu, beynəlxalq təşkilatların Azərbaycanın əzəli əraziləri kimi qəbul etdikləri torpaqlarımızın 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal olunduğunu qeyd etmiş, 1992-ci ildə baş verən faciədən uzun illər keçməsinə baxmayaraq bütün azərbaycanlıların xatirəsində dərin iz buraxdığını bildirmişdir.

Faciə zamanı 613 insanın qətlə yetirildiyini xatırladan səfir bu cinayətin 1944-cü ildə alman faşistlərinin Fransanın Oradur-sür-Qlan kəndində törətdiyi vəhşiliklərə eyniyyət təşkil etdiyini diqqətə çatdırmışdır.

E.Əmirbəyov bildirmişdir ki, Xocalı soyqırımından 22 il ötsə də, faciə qurbanlarının ailə üzvləri haqq və ədalət gözləyirlər. Xocalı hadisələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır. Dünyadakı bütün insanlar, o cümlədən fransızlar Ruanda, Srebrenica, Xatun və digər yerlərdə baş verən dəhşətli hadisələr siyahısında Xocalı soyqırımı barədə də məlumat əldə etməlidirlər.

Xocalı faciəsinin bütün dünyada tanınması və bu soyqırımına siyasi qiymət verilməsi üçün Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası barədə məlumat verən səfir, vətəndaş cəmiyyəti təşkilatlarını, insan haqları fəallarını, bütün insanları faciə və onun nəticələri barədə dünyanı məlumatlandırmaq üçün kampaniyada yaxından iştirak etməyə çağırmışdır.

Təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı bu faciəni törədənlərin, o cümlədən hazırda hakimiyyətdə olan Ermənistanın bəzi rəhbərlərinin öz cinayətkar əməllərinə görə bir gün cavab verəcəklərini vurğulayan diplomat tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, işğal edilən torpaqlarımızın azad ediləcəyinə, erməni hərbi birləşmələri tərəfindən silah gücünə zorla ata-baba yurdlarından çıxarılan insanların doğma yerlərinə qayıdacaqlarına əminliyini vurğulamışdır.

Fransanın Azərbaycanda ilk səfir olmuş Jan Perrən çıxışında Xocalı faciəsinin baş verdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini və hadisənin şahidi olduğunu, faciə zamanı yaralanan xocalıların müalicə edildiyi xəstəxanaya baş çəkdiyini xatırlatmış, günahsız insanlara qarşı törədilən qətliamı görünməmiş faciə kimi dəyərləndirmiş, saysız-hesabsız insanların qətlində iştirak edənlərin məsuliyyətə cəlb olunmalarının heç də gec olmadığını, Avropa İttifaqının və digər beynəlxalq qurumların faciəyə siyasi qiymət vermələrinin zəruriliyini bildirmişdir.

Aksiya iştirakçıları “Sülh” abidəsi önünə qərənfillər düzmüşlər.

Tədbir zamanı Xocalı faciəsindən bəhs edən bröşürlər, “Hakimiyyətin səsi” qəzetinin Xocalı hadisələri ilə bağlı fransız və ingilis dillərində hazırlanmış xüsusi buraxılışı və vərəqələr paylanmışdır.

Aksiyada fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm