Bu gecə bir neçə yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23: 36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər rayonu, Hacıqərvənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23: 59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları 35 kv.m və altında tikilmiş ümumi sahəsi 25 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01: 34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm