Xəstəxanada dəhşət: tibb bacısı südəmər körpəni öldürdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Xəstəxanada dəhşət: tibb bacısı südəmər körpəni öldürdü - FOTO

Rohan Rodos vaxtından 14 həftə əvvəl, qeysəriyyə əməliyyatı vasitəsilə doğulmuşdu.

Onda kəskin ürək-damar çatışmazlığı olduğundan təxirəsalınmaz əməliyyata ehtiyacı vardı.

İngiltərənin Bristol şəhərindəki "St Michael's Hospital"a köçürülən balaca Rohan süni tənəffüs qurğusuna qoşulmuşdu.


Uşağın valideynləri Aleks RoudsBronuin Vinsentin dediklərinə görə, Rohanın ölümünün baiskarı tibb bacısıdır: "Məhz bu tibb bacısı uşağımızı süni tənəffüs qurğusundan ayırıb. Bundan az sonra Rohanın ürəyi yatıb".


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bristoldakı olayla bağlı Britaniyanın Səhiyyə Nazirliyi araşdırmaya başlayıb.

Rohanın valideynləri "St Michael's Hospital"ı məhkəməyə veriblər. Rohan Rodos Suonsi şəhərindəki Sinqlton şəhər xəstəxanasında doğulmuşdu.


Anasının hamiləliyi yarımçıq başa çata bilərdi və bu səbəbdən də cərrahlar hamiləliyin normal bitmə zamanından 14 həftə əvvəl qeysəriyyə əməliyyatı keçirərək Rohanı dünyaya gətirdilər.


Xəstəxananın neonatal intensiv terapiya bölməsinə yerləşdirilmiş Rohanın yaşamının ilk günləri çox ağır keçsə də, sonradan onun sağlıq durumu nisbətən normallaşmağa başlamışdı.


Buna rəğmən, körpənin ürəyində ciddi çatışmazlıqlar olduğundan təcili kardiocərrahiyyə əməliyyatına ehtiyac vardı.

Suonsidən "St Michael's Hospital"a köçürülən Rohanı həkimlər cərrahiyyə əməliyyatına hazırlayırdılar.

"Tibb bacısı kimsəyə demədən, bizə xəbərdarlıq etmədən Rohanı süni tənəffüs qurğusundan ayırıb. O, oğlumu qətlə yetirib. Qatil cəzasını almalıdır", - Bronuin Vinsent deyib.


Aparılan ilkin araşdırma zamanı bəlli olub ki, Rohan Rodos süni tənəffüs qurğusundan kənarlaşdırılandan sonra onda dalbadal iki ürəktutması olub, sonucda körpənin ürəyi oksigen qıtlığına davam gətirməyərək yatıb.


Uelsin Pembrokşir qraflığındakı Narbert şəhərində yaşayan Rohanın valideynləri palataya daxil olanda kiçik Rohanın keçindiyi görüblər.

"Xəstəxanada tibb bacıları pasiyenti süni tənəffüs qurğusundan yalnız həkimin müvafiq göstərişindən sonra ayıra bilərlər. Rohanla bağlı isə heç bir göstəriş olmayıb və tibb bacısı özbaşına hərəkət edib", - Aleks Rodos deyib.


Valideynləri Rohana aldıqları balaca çarpayıdan ona tabut düzəltdiriblər. Çarpayıda yatası körpə indi tabutunda əbədi yuxudadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm