Bayram Səfərov: "Minsk Qrupundan yaxşı heç nə gözləmirəm"
Bizi izləyin

Qırmızı.az

Bayram Səfərov: "Minsk Qrupundan yaxşı heç nə gözləmirəm"

"Minsk Qrupundan yaxşı heçnə gözləmirəm. Çünki burda ABŞ, Rusiya və Fransa nümayəndələri yer alıb"

 

Bunu Dağlıq Qarabağ Icmasının rəhbəri Bayram Səfərov deyib. O, bildirib ki, torpaqların azad olunması ən böyük arzusudur:

 

"İstəyirəm ki, Xocalıda, Şuşada, Qaradağlıda, Kəlbəcərdə ümumiyyətlə, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşən, evinin içində top mərmisindən ölən hər bir kəsin qanı yerdə qalmasın. Hər birimiz hadisələrin tarixini, Ermənilərin 366 alaydan necə istifadə etdiklərini və onun nə olduğunu bilirik. Dünya ədalətsiz dünyadır. Hamıya yaxşı məlumdur ki, biz torpaqlarımızı ordumuzun qüvvəti hesabına azad edəcəyik. Ölkə prezidenti bu istiqamətdə işlər həyata keçirir. Azərbaycan xalqı aparılan uğurlu siyasəti qəbul edir. Hər birimiz onun arxasınca gedirik".

 

O, deyib ki, BMT-nin Liviyaya qarşı qətnaməsi qəbul olunub. Amma Azərbaycanla bağlı qəbul olunan qətnamələr icra olunmur:

 

"ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında danışırıq. ABŞ istədiyi qədər Ermənistana pul verir, Rusiya təmənnasız silah verir, bir neçə diviziyası bu ölkəni mühafizə edir. Fransanın başı boş prezidenti isə bildirib ki, "erməni soyqırımını" tanımayan şəxslər 45 min avro cərimə ödəməlidir. Məhz buna görə də biz ordumuzu daha da gücləndirməliyik, savadlı kadrlar yetişdirməliyik. Baş vermiş bu soyqırımı unutmamalıyıq".

 

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm