Matey Vişnekin dilindən Nərmin üçün...
Bizi izləyin

Qırmızı.az

Matey Vişnekin dilindən Nərmin üçün...

Matey Vişnekin dilindən Nərmin üçün...

İnsan taleyi adətən, bütöv olur. Onun yarımçıq qalması qədər faciəvi bir şey yoxdur.Amma bu qədər faciələr içində faciə oyananılan bir oda var . Onun faciəsi yarımçıq qalan ömrə ömür calamaq istəyi idi...


İlk dəfə 40 nəfərlik bir kiçik bir zalda "Oda" tearı tamaşa hazırlamışdı.

"Səncə, döyəcəklər?"

Amma səhnənin əsas sualının cavabını lirik - psixoloji, hətta yeri gəldikdə mazoxist- melanxolik olan cəmiyyətimiz vermişdi.


"Döyəcəklər nədir, artıq ölümünə də fərman veriblər"


"Oda" bir balaca odaya bütov bir tale sığışdırmışdı.

Amma, bu kiçik salonun pilləkanlarından başlayan bədbəxçiliyə etinasızlıq bütün "Tarqovi"boyunca sürünür, ordan da Azərbaycana yayılır.

"Oda" teatrı Nərmin Hüseynlini həyata qaytarmaq üçün xeyriyyə tamaşası verir.

Biletin cəmi dəyəri üç manat


Amma bizim cəmiyyət tamaşanı özü oynamağa başladığından insan faciəsini daha yaxşı tamamlaya bilir.


Lakin biz - vaqon-vaqon ziyalıya, yazara, məşhura sahib olan cəmiyyət - cəmisi bir qızı həyata qaytarmağı bacara bilmirik.


Bəyənmədiyimiz Türkiyədə Seda Sayan İzmirdə xəstəxana açır. Hülya Avşar əlillər üçün mərkəz tikdirir.

Bizim olası Faiq Ağayevdən, Sevdadan, Günaydan, Nadirdən bir kəlmə söz çıxmır.


O da teatrdırmı?


Allah eşqinə, böyük-böyük salonların gurultulu xalq artistləri?

Nurəddin Mehdixanlı?

Fəxrəddin Manafov?

Rasim Balayevmi xalqın artisti olmaq?

Yaxud artis olub xalqın olmayanları?

Bəs siz, "xanımların" əyri qıçlarından, dik döşlərindən tüklü dodaqlarından, xəngəl iyi vermiş kafelərdən yazan, yüzlərlə şair-yazarı, minlərlə kitabı çap edilənlər,

Royaya,Samiraldoya yazı həsr edənlər,

Bir gün hamımızın ödəyəcəyimiz borcun zamanı var.


Kim haqqını verib, imdad diləyən bir insana əlini uzadırsa onun vicdanı qarşısında da rahatlığı daimi olacaq.


Kim isə bu qədər fəryada, ağrıya göz yumursa, onu bir gün ortada qalmış cansız bədəninə belə lənətlənmiş kimi yaxın duran olmayacaq.


Böyüksünüzə, burdan başlayın, gəlin onu qoruyaq, gəlin Nərmini xilas edək.


Ocağınızın başında böyüyən körpələrinizin gözünün içinə dik baxın.

Sizin övladlarınızın gözündəki nur Nərminin yaşamaq həvəsidir, onun həyata üsyanıdır.

(Nərmin Hüseynli haqda tam məlumat burda http://publika.az/p/7027)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm