TQDK rezidentura üzrə sınaq imtahanı keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK rezidentura üzrə sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası residenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm