Xocalı Şəhidləri Şərqşünaslıq İnstitunda anıldı
Bizi izləyin

Qırmızı.az

Xocalı Şəhidləri Şərqşünaslıq İnstitunda anıldı

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı şəhidlərinin anım mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib.

Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Gövhər xanım bu dəhşətli hadisənin ağır nəticələrindən söz açıb və həmin günü xalqımızın böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. G.Baxşəliyeva xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirib. Gövhər xanım Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu söyləyib və Şərqşünaslıq İnstitutunda da bununla bağlı görülən işlərdən danışıb. İnstitutda Xocalı faciəsi ilə bağlı yazılar, sənədlər və digər mühüm materiallar şərq dillərinə tərcümə edilərək yayılır.


Tədbirdə institut əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, hüquq üzrə fəlsəfə doktoru Sultanəli Mirzəzadə, tarix üzrə elmlər doktoru Şahin Mustafayev, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm