Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illiyinə həsr edilmiş tədbir keçirildi
Bizi izləyin

Qırmızı.az

Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illiyinə həsr edilmiş tədbir keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Sessiyanı giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açıb. Geniş məruzə ilə çıxış edən Yaqub Mahmudov Əli bəy Hüseynzadənin Azərbaycanın Milli Mücadilə tarixinin əvəzolunmaz şəxsiyyəti olduğunu bildirib. O, Əli bəy Hüseynzadə ideyalarının türk xalqlarının birliyinə xidmət etdiyini, onun gələcək nəsillər üçün ən güclü ideoloqlardan biri olduğunu, Əli bəy Hüseynzadə türkçülüyünün Azərbaycandan başladığını qeyd edib.


Sessiyada Tarix İnstitutunun əməkdaşları tarix ü. e.d. İradə Bağırova, t.ü.f.d. Sevinc Əliyeva, Hakim Qənbərov Əli bəy Hüseynzadənin həyatı, yaradıcılığı, türkçü ideyaları, publisistikası haqqında maraqlı məruzələrlə çıxış ediblər.



Elmi sessiyada Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə də iştirak edib. O, çıxışında Əli bəy Hüseynzadə haqqında özünün və atasının xatirələrindən danışıb.


Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm