Təl-Əvivdə “Xocalıya Ədalət” sənədli fotosərgi keçirilib
Bizi izləyin

Qırmızı.az

Təl-Əvivdə “Xocalıya Ədalət” sənədli fotosərgi keçirilib

2013-ci ilin fevralında Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində, İsraildə, 20 əsrin ən dəhşətli və qanlı insan faciəsinə - Xocalı soyqırımına həsr olunan "Justice for Khojaly" sənədli fotosərgisi açılıb.

Açılış mərasimi Təl-əviv Universitetinin Diaspor muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Təşkilatı (Aziz) tərəfindən təşkil olunub.

Publika.Az “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasına (“Azİz”) istinadla xəbər verir ki, “Azİz” Beynəlxalq Assosiasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşıb. Sərgi ilə minlərlə israilli tanış olub. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyatmış və bir daha sübut etmişdir ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini vardır.

Dünən Xocalı faciəsinin 22-ci il dönümü ərəfəsində "Justice for Khojaly" kampaniyası Tel-Əviv şəhərində yerləşən Şimon Peres Sülh Mərkəzində keçirilib. Qeyd edək ki bir il ərzində bu sənədli fotosərgi İsrailin 10 əsas mərkəz şəhərlərində təşkil olunmuşdu və bu fotosərgini minlərlə insan seyr edib. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyadıb və bir daha sübut etmişdir ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini var.

Sənədli fotosərginin və anım mərasimini İsrailin daxili işlər nazirinin müavini,parlament üzvü Faina Kirşenbaum, Knessetin Diaspora və Absorbsiya Komissiyasının sədri Yoel Razvozov, parlamentin xarici işlər və təhlükəsizlik komissiyanın üzvü, general Fuad Binyamin Ben Eliezer, deputat Rina Frenkel ziyarət etmişlər. Xüsusi olaraq İsrailə bu anım mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov səfər edib.

Gecəni “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Salman qeyd etmişdir ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. ”Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalıya aman verməmişlər. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalmışlar”- Salman deyib.

Sonra “Azİz”in prezidenti Aleks Miller çıxış edərək deyib: “Bu gün biz bura Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilmiş dinc sakinlərinin xatirəsini anmağa toplaşmışıq. Dünya bu faciə barədə həqiqəti bilməlidir. Ümidvaram ki, İsraildə bizim, buna bənzər təşkilatların başqa ölkələrdə gördükləri bütün işlər Azərbaycan xalqının ədalətə nail olmasına, sülh və əmin-amanlıq əldə etməsinə kömək edəcək”. A.Miller İsrail və Azərbaycan xalqlarının yaxınlaşması üçün “Azİz” fəallarına minnətdarlığını bildirmişdir. Miller çıxışının sonunda sərgiyə gələnlərin ürək sözlərini yazdıqları “Rəy kitabı”nı təntənəli şəkildə Fuad Muradova təqdim edib.

Sonra Litva rejissoru Mindauqas Urbanoviçyusun çəkdiyi “The Endless Korridor” (“Sonsuz dəhliz”) sənədli filmi nümayiş etdirilib.

Gecənin sonunda İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramovanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri səslənmiş, həlak olanların ruhuna dualar oxunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm