• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şamaxı rayonunda bədbəxt hadisə

Şamaxı rayonunda bədbəxt hadisə

Bədbəxt hadisə günorta saat 12:00 radələrində Şamaxı rayon Çuxuryurd kəndində qeydə alnıb. Belə ki, hadisə zamanı Şamaxı rayon sakini Baxışov Bəhruz iş başında qəzaya uğrayıb.



Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, o, qırılmış elektrik naqillərini bərpa etmək istəyən zaman onu cərəyan vurub. Cərəyanın gücündən 15 metrlik dirəkdən yerə çırpılan Bəhruz ağır bədən xəsarətləri alıb və şok keçirib. O, aldığı xəsarətlərlə təcili olaraq Şamaxı RMX-yə yerləşdirilib. Cərəyanvurma zamanı ustanın hər iki əlləri yanıb. Yüksəklikdən yerə düşdüyü zaman isə Bəhruz Baxışovun bədəninin müxtəlif nahiyəsindəki sümükləri qırılıb. Xəstənin vəziyyəti ağır hesab edilir.


Çəkliş zamanı isə həkimlərin müdaxiləsi gözdən qaçmayıb. Xəstəxananın həkimi çəklişin gedişinə mane olmaq istəsə də, çəkiliş qrupu öz işini heç bir tərəddüd etmədən yerinə yetirib.

Xəstənin vəziyyətinin ağırlaşması səbəbindən isə xəsarət alan şəxs süni tənəffüs aparatına qoşulub. Hazırda xəstənin müalicə və müayinəsi davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR