Qırmızı.az
Əhmədlidə dəhşətli yol terroru - Ölən var
VAZ 2107 qadın piyadanı vurub havaya uçurtdu.
Fevralın 24-də axşam saat 19:15 radələrində Bakının Əhmədli qəsəbəsində dəhşətli yolnəqliyyat hadisəsi baş verib. Xətai rayonu, M.Hadi küçəsində VAZ 2107 markalı "Jiquli" yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.
Hadisənin şahidlərinin verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran VAZ 2107 markalı maşın da artıq saxlanıb. Xətai YPX-dan onu da bildirdilər ki, hələlik sürücünün ad-soyadı məlum deyil.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir. /Musavat.com/
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?