• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

FHN Bakıda iki nəfər yaşlı qadın xilas edib

FHN Bakıda iki nəfər yaşlı qadın xilas edib

Bakı şəhərinin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1935-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən döşəmədə yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Abşeron rayonunda da oxşar hadisə baş verib. Mənzildə köməksiz vəziyyətdə qalan 1925-ci il təvəllüdlü qadın Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR