Polis əməkdaşlarını güllələyən şəxs saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Polis əməkdaşlarını güllələyən şəxs saxlanıldı

Ötən gün Bakının Sabunçu rayonunda 4 nəfəri güllələyən şəxs artıq saxlanılıb.

Ötən gün Bakının Sabunçu rayonunda 4 nəfəri güllələyən şəxs artıq saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsi polis evində tutub. Gülağa Lətifovun "Nissan Qashqai" markalı avtomobili də polis tərəfindən götürülüb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Xatırladaq ki, hadisə fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında baş verib. Həmin qəsəbənin sakini, Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib. araşdırma zamanı məlum olub ki, Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. /Ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm