BDU-da kəsiri olan tələbələr bağışlandı
Bizi izləyin

Qırmızı.az

BDU-da kəsiri olan tələbələr bağışlandı

BDU-da kəsiri olan tələbələr bağışlandı

BDU rəhbərliyi kəsiri olan tələbələr üçün yeni qərar verib. Hafta.az xəbər verir ki, qərar barəsində universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat yayıb. Məlumatda bildirilir:

“Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı rektorluğun genişləndirilmiş iclası keçirilib.

İclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəq qiymət almaları barədə göstəriş verilib. Eyni zamanda, nəticələrin tələbələrin nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verilib”.

Qeyd edək ki, universitet rəhbərliyinin bu qərarı nəticəsində kəsri olan 3500-dən yuxarı tələbənin təxminən 3200-ü bağışlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm