Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov fevralın 28-də saat 11:00-dan Quba şəhərində vətəndaşların qəbul edəcək.

Publika.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qəbulda yalnız Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həminrayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) keçiriləcək.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm