Xocalı soyqırımını necə tanıtmalı - Moldava Ombudsmanın təklifləri
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqırımını necə tanıtmalı - Moldava Ombudsmanın təklifləri

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Milli QHT Forumu (MQF) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən QHT və mətbuat nümayəndələri, həmçinin Moldova ombudsmanı Aureliya Qriqoriunun iştirakı ilə Xocalı Faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. O bildirib ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan danışır, Xocalı Faciəsini tanımaq istəmir. O bildirib ki, bu xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqrımdır. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında çox işlər görülüb, Leyla Əliyevanın təşəbbüsü ilə başlayan Xocalıya ədalət kompaniyası öz nəticəsini verir. Beş ildir aparılan ABŞ-ın 14 ştatı və bir neçə dövlət bu soyqırımı tanıdı. Bu istiqamətdə işləri davam etdirməliyik.

ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqrımının dünya ictimaiyyətində tanıdılması istiqamətində gördükləri işlərdən danışıb. Bildirib ki, ATXƏM hər il Strasburqda Xocalı yürüşü təşkil edir. Ötən il “Strasburq Azərbaycan Evi”nin də dəstəyi ilə baş tutan aksiyada min nəfərə yaxın insanın iştirak etdiyini deyən İ.İsmayılov bu il də Strasburqda Xocalı yürüşünün təşkil olunduğunu və ATXƏM-in həmin tədbirə dəstək verdiyini diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalının bəşər tarixinin qanlı faciəsi olduğunu dedi:

“Xocalıdan danışarkən tariximizə ekskursiya etməliyik. Xocalı azərbaycanlılara qarşı törədilmiş soyqırımların kulminasiya nöqtəsi oldu. Bizim qarşımızda duran məsələ bu soyqrımı dünya ictimaiyyətinə çatdırmaqdır. Bu günə qədər 10-a yaxın ölkə bu faciəni soyqrım kimi tanıdı. Bu günlərdə keçirilən tədbirlərin mahiyyəti də bu soyqrımı dünyaya çatdırmaqdır”.

Moldovanın ombudsmanı Aurelio Qriqoriu tədbirdə Xocalı soyqrımı barədə çıxış edərək bildirib ki, indi beynəlxalq cinayət tribunalı keçmiş Yuqoslaviyanın Beynəlxalq Cinayət Tribunalı oxşar olmalıdır. Bu Azərbaycan xalqına qarşı cinayət törədənlərin və soyqırım icraçılarını qınama və mühakimə məqsədli olmalıdır .

"Genosid haqqında beynəlxalq Konvensiya mövcuddur. Həmin Konvensiya həmçinin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini də təmin edir. Bu soyqırımı törətmiş şəxslər məhkəməyə verilməli və mühakimə edilməlidir. Həmin şəxslər BMT-nin “Soyqrımının qarşısının alınması və onun cəzalandırılması haqqında” xüsusi qərarına uyğun mühakimə edilməlidirlər”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə işlərə başlamalıdır. İlk olaraq isə həmin həqiqətlərin hesabatı toplanmalıdır:

“Artıq Erməni tərəfi bu faktlardan öz xeyrinə istifadə etməyə başlayıb, bu isə heç kimə sirr deyil. Burada Xocalıdan olan insanlarla görüşdüm. Onlar mənə ermənilərin həmyerlilərinin başına gətirilən faktları şəkilllərlə mənə göstərdilər. Bu da məndə “Xocalıya ədalət” kampaniyasını başlamağıma səbəb oldu”.

Tədbirdə həmçinin Azərbaycanda fəaliyyət göstərən QHT və KİV nümayəndələrinin Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı bəyanatı səsləndirilib. Biz BMT-yə, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İnsan Hüquqları üzrə Haaqa Məhkəməsinə, Beynəlxalq Hərbi Tribunala, "Freedom Hous"a, "Human Rights Watch" təşkilatlarına bir daha müraciət edir, bütün bəşərriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırım cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımların bir daha təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırırıq.

Müraciətdə bildirilir ki, bu hal BMT-də 9 dekabr 1948-ci ildə qəbul olunmuş və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş “Soyqırımı cinayətin qarşısının alınması və onun cəzalandırılması haqqında” konvensiyada təsbit olunmuş müvafiq maddə ilə uyğunluq təşkil etməklə, beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqinə görə kütləvi məhv edilməyə yönələn cinayətlərdən biri olub soyqırımı kimi qəbul olunmalıdır.

"İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə bildirdi ki, dünyanın bir çox ölkələrində bu gün eyni tədbirlər keçirilir. Bir çox şəxsin dilə gətirə bilmədiyini Moldova Ombudsmanı dilə gətirdi. Harada olmasından asılı olmayaraq hər kəs bu məsələdə mövqe nümayiş etdirməlidir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu xalqımıza qarşı bir çox soyqırımlar törədilib, ümid edək ki, Xocalı soyqırımı sonuncu belə faciə olacaq. Hüquqi terminlə ifadə etsək, bu soyqırımdır. Ötən illər ərzində soyqırımın tanıdılmasında fəal çalışmışıq.

Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova bu faciənin Azərbaycan gəncləri üçün çox böyük önəm daşıdığını bildirib:"Biz gənclər olaraq bu faciənin dünyaya çatdırılmasında hansı işlər görə biləcəyimizi istiqamətində çalışırıq. Amma Moldova Ombudsmanı kimi digər ölkələrdə də bunun necə çatdırmaq barədə düşünürük. Bunun üçün təbliğatı hansı istiqamətdə qura bilməliyik bu barədə düşünmək lazımdır".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm