Qırmızı.az
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı faciəsi anıldı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdən əvvəl RİTN-in vestibülündə Xocalı faciəsinin
qurbanlarının əziz xatirəsini əks etdirən stendin qarşısına gül
dəstələri düzülüb. Daha sonra soyqırımı nəticəsində həyatlarını
itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov tarix boyu erməni separatçıları və qəsbkarları
tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan
yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri
xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə
yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı
Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı
ilə xalqımıza qarşı xüsusi amansızlıqla həyata keçirilmiş dəhşətli
hadisənin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin
ifşasından da söz açan nazir qeyd edib ki, ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis
“Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, Azərbaycan
parlamenti BMT-yə, dünya dövlətlərinə ünvanladığı müraciətdə bu
qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni
terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Həmçinin prezident İlham Əliyevin diplomatik siyasətinin
nəticəsində Pakistan, Meksika, Rumıniya, Çex Respublikası,
Bosniya-Herseqovina, İordaniya dövlətlərinin parlamentləri və
ABŞ-ın 16 ştatının qanunverici orqanı Xocalı faciəsinin soyqırımı
kimi tanınması haqqında qərar qəbul ediblər.
Faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında və təbliğat işinin
aparılmasında Heydər Əliyev Fondunun, həmçinin 2009-cu ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla
Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq
kampaniyasının müstəsna rolu var.
Tədbirdə qeyd edilib ki, bu qətliam zamanı Azərbaycan xalqı
yüzlərlə şəhid verib, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8
ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib, 1275 xocalılı əsir, 150 xocalılı
itkin düşüb. Onların arasında rabitəçilər də olub.
Faciənin dəhşətini yaşayan Xocalı sakinləri, rabitəçilər Dürdanə
Ağayeva əsir həyatında gördüyü vəhşilikləri, Əsli Məmmədova isə
verdiyi 28 şəhiddən 16-sının ən yaxın ailə üzvləri olduğunu
xatırladaraq, amansız qətliamın həyatlarında qoyduğu unudulmaz
izləri dilə gətirib. Şəhid ailələri 22 il ərzində dövlət və
nazirlik tərəfindən onlara verilən dəstəkdən məmnunluqlarını
bildiriblər.
Mərasimin sonunda Xocalı rabitəçiləri ilə görüşən nazir Əli Abbasov
onların sosial qayğıları ilə təkbətək maraqlanıb, göstərilən
dəstəyin bundan sonda da davam etdiriləcəyini bildirib.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları