"Dünya Xocalı qətliamı haqda həqiqətləri bilməlidir"
Bizi izləyin

Qırmızı.az

"Dünya Xocalı qətliamı haqda həqiqətləri bilməlidir"

İsrailin paytaxtı Tel-Əvivdə yerləşən nüfuzlu Şimon Peres Mərkəzində açılmış “Xocalıya ədalət!” ("Justice for Khojaly") adlı sənədli sərgiyə baxmaq üçün ölkənin müxtəlif şəhərlərindən gələn insanlar arasında İsrailin tanınmış siyasətçiləri, liderləri də v

İsrailin paytaxtı Tel-Əvivdə yerləşən nüfuzlu Şimon Peres Mərkəzində açılmış “Xocalıya ədalət!” ("Justice for Khojaly") adlı sənədli sərgiyə baxmaq üçün ölkənin müxtəlif şəhərlərindən gələn insanlar arasında İsrailin tanınmış siyasətçiləri, liderləri də var.

Publika.az-ın Diasporla iş üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-İsrail Assosiasiyasının təşkil etdiyi sərgi İsrailin 10 şəhərində keçirilib və onu minlərlə israilli ziyarət edib. Onların arasında artıq soyqırımı hadisəsi barədə bilənlər və həmçinin bu soyqırım haqda ilk dəfə eşidənləri də olub. Amma bu sərgi onu ziyarət edən israillilərin hamısında istisnasız olaraq erməni cəlladlarının vəhşiliyi ilə bağlı şok təəssüratlar yaradıb. Sərgidəki fotoşəkillərə Knessetin mərkəzçi “Eş Atid” (“Gələcək var”) partiyasından olan deputatı Rina Frenkel tamaşa edib. İsrail Knessetinin deputatı Azİz-ə və Heydər Əliyev Fonduna Xocalı faciəsinə həsr edilən sərgiyə görə minnətdarlığını bildirib. Deputat qeyd edib ki, “Xocalı qurbanlarının bu dəhşətli şəkillərini birinci dəfə görəndə şok yaşadım. Xocalıdakı faciəvi hadisələrə həsr olunmuş bu fotosərgi məni tamamilə sarsıtdı, mən gördüklərimdən şoka düşdüm. Fotolardan gördüklərim – uşaqların, qocaların və qadınların öldürülməsi – bu, qəddarlıq və qeyri-insani hərəkətlərdir”. İsrail deputatının sözlərinə görə, "Justice for Khojaly" fotosərgisi ona az öncə - yanvarda İsrail nümayəndə heyətinin tərkibində Polşaya səfərini xatırladıb. Səfər çərçivəsində xanım deputat Osvensim düşərgəsinin muzeyini ziyarət edib:

“Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu qəddarlıq hec bir şeylə izah edilə bilməz. İnanmaq olmur ki, bütün bunlar 20-ci əsrin sonlarında baş verib. Bu dəhşətli fotoları görəndə mən dərhal Osvensim düşərgəsində olanları xatırladım. Mən bilirəm ki, azərbaycanlılar və yəhudilər həmişə bir-birilərini qardaş sayıblar və Xolokost qırğınını yaşayan yəhudi xalqı dəhşətli və qanlı Xocalı qırğınını yaşamış Azərbaycan xalqını hamıdan yaxşı anlaya bilər. Dünya Azərbaycan şəhəri olan Xocalıda baş vermiş qanlı qətliamla bağlı həqiqətləri bilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm