Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Bundestaqa müraciət edib
Bizi izləyin

Qırmızı.az

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Bundestaqa müraciət edib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Bundestaqın petisiya komitəsinin üzvü Günter Baumana 1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımının cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Bundestaqın petisiya komitəsinin üzvü Günter Baumana 1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımının cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair petisiya ilə müraciət etmişdir.

Petisiyaya Xocalı soyqırımı haqqında məlumat kitabı və Almaniyada yaşayan azərbaycanlıların 2013-cü il ərzində toplanmış imzaları əlavə edilmişdir. İmzalar Almaniya üzrə bütün cəmiyyətlər, xüsusilə də mərkəzi Bilefeld şəhərində olan, Almaniyanın Nordreyn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyləri ilə toplanmışdır. Petisiya üç hissədən ibarətdir.

Eyni zamanda, AAKM Bundestaqın xarici işlər komitəsinin sədri Norbert Röttgenə, eləcə də qurumun üzvlərinə bəyanat məktubu ilə müraciət edərək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həllinə münasibət bildirməyi tələb etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm