“Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib
Bizi izləyin

Qırmızı.az

“Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib

Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Xəzər Strateji İnstitutunun (HASEN) təşəbbüsü ilə “Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Xəzər Strateji İnstitutunun (HASEN) təşəbbüsü ilə “Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”nı açan institutun Xarici Siyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisi Məsud Haqqı Caş Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusu hərbçilərinin köməyi ilə Xocalıda 613 nəfər dinc sakinin qətlə yetirildiyini bildirmişdir. Natiq Xocalı soyqırımını ermənilərin Azərbaycanda zaman-zaman həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı olduğunu diqqətə çatdırmışdır. O, Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını vurğulamışdır.

İpək Universitetinin insan və cəmiyyət elmləri fakültəsinin dekanı Kamal Çiçək çar Rusiyasının XIX əsrdən başlayaraq həyata keçirdiyi “Qafqaz siyasəti”ndə ermənilərin roluna toxunaraq Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilən faciələri əslində qeyd olunan xəttin məntiqi nəticələrindən biri kimi xarakterizə etmişdir.
“Dəyirmi masa”da çıxış edən Kadir Has Universitetinin beynəlxalq əlaqələr bölməsinin rəhbəri Mitat Çelikpala Xocalı soyqırımının daim gündəmdə saxlanmasının vacibliyini vurğulamışdır. O, Xocalıda insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirərək bu hadisələri bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət adlandırmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm