Paytaxtda bu yollar bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Paytaxtda bu yollar bağlı olacaq

Xocalı faciəsinin ildönümü ilə əlaqədar bu gün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.



Xocalı faciəsini anmaq üçün insanların “Ana harayı” abidəsini rahat ziyarətini təmin etmək üçün bu istiqamətdə müvafiq qərar verilib.



Fevralın 26-da Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.



Tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov və digə küçələrdən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm