Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Bizi izləyin

Qırmızı.az

Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

Fevralın 25-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbir faciə qurbanlarının, Xocalının müdafiəsi uğrunda şəhid olan qəhrəmanların xatirəsinin 1dəqiqəlik sükutla yad edməsi ilə başladı.

Mərkəzin kiçik elmi işçisi Günel Hüseynova məruzə ilə çıxış edərək 22 il öncə Azərbaycan xalqına qarşı törədilmiş qanlı, dəhşətli soyqırım həqiqətləri, törədilmiş bu qanlı cinayətə məhz Azərbaycan xalıqnın ümummilli lideri Heydər Əliyevin verdiyi hüquqi-siyasi qiymət, bu gün Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kompaniyasının Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat verdi.

Fizika-riyaziyyat təmayüllü liseyin tarix müəllimləri Rüstəm Çərkəzov, Sevinc Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tərbiyə işləri üzrə direktor müavini Şükufə Xankişiyeva çıxış edərək Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu vurğuladılar.

Fizika-riyaziyyat təmayüllü liseyin şagirdləri Orxan Miriyev, Röyal Yusifov, Coşqun Eldarov “Xocalı dəhşətləri” adlı kompozisiya ilə çıxış etdilər. Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri Əfsanə Həşimova və Yeganə Sadıqova “Xocalı faciəsi” adlı şeiri söylədilər.

Tədbir zamanı “Xocalı dəhşətləri” adlı film nümayiş olundu.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm