CAR prokurorluğu Pistoriusun qətl törətməsini sübuta yetirmək niyyətindədir
Bizi izləyin

Qırmızı.az

CAR prokurorluğu Pistoriusun qətl törətməsini sübuta yetirmək niyyətindədir

CAR prokurorluğu Pistoriusun qətl törətməsini sübuta yetirmək niyyətindədir

Paraolimpiyaçı Oskar Pistoriusun rəfiqəsi Riva Stenkampı qəsdən güllələməsi haqqında ittihamçı tərəf məhkəmədə 13 dəlil göstərəcək.

Faciə keçən ilin 14 fevral tarixində baş verib. Qız yerindəcə keçinib. İstintaq zamanı Pistorius günahını boynuna almayıb və bildirib ki, o, Rivanı eyvandan hamam otağına daxil olan cani bilərək təsadüfən güllələyib.

Xarici mətbuatdan aldığımız məlumata əsasən, prokurorluq qonşuların ifadəsi, cinayət yerinin baxışı, tibbi-məhkəmə ekspertləri və Pistoriusun atəş açdığı tualet qapısının ballistik tədqiqatları da daxil olmaqla, 13 fakt təqdim edib və bütün bu dəlillər qəsdən adam öldürdüyünü təsdiqləyir. Əgər sübuta yetirilsə, paraolimpiyaçı 25 ildən ömürlük həbs cəzasına qədər saxlanıla bilər.

Prokuror Cerri Nilin fərziyyəsinə görə qətl gecəsi Pistorius gecəyarı çarpayısından durub və protezlərini geyinərək hamam otağına 7 metr getdikdən sonra tualetin qapısından 4 dəfə atəş açıb. Pistorius bu zaman çarpayıda Stenkampın olmamasını sezə bilməzdi. Şahidlərdən biri mənzildə işığın yandığını, sonra atəş açıldığını və ehtimal ki, qadın qışqırıqları və yenidən iki atəşin açıldığını israr edir. İş haqqında dinləmələr martın 3-dən 20-ə kimi keçiriləcək.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm