Xocalı soyqırımı ilə bağlı on-layn konfrans keçirilir
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqırımı ilə bağlı on-layn konfrans keçirilir

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı bu gün saat 15.00-16.00-dək Xocalı soyqırımının 22 –ci ildönümü ilə bağlı onlayn konfrans keçirəcək. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Avropa və Asiyanın 30-dan artıq ölkəsini təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin qatılacağı virtual konfrans ictimaiyyət üçün açıqdır və vətəndaşlar bu müzakirələrdə iştirak edə bilərlər.

Konfransa ekspert olaraq qatılan Azərbaycan Dillər Unversitetinin müəllimi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” kampaniyasının fəalı gənclərlə birgə bu qanlıı soyqırım haqqında geniş müzakirə apacaqlar. Konfransın əsas məqsədi müxtəlif ölkələrdən olan gənclər təşkilatlarna bu faciə barədə ətraflı məlumat vermək və belə dəhşətli soyqırımın təkrarlanmaması üçün gənclərin apara biləcəyi maarifləndirici işlər haqqında müzakirələr aparmaqdır.

On-layn konfransda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsi ilə qatıla bilərlər.

https://www.anymeeting.com/WebConference-Beta/Default.aspx?code=818-934-155&rslt=e907e0dc-52ed-4398-938c-4a0dcdb348c7

Oxumağa davam et
Reklam
Reklam

Gündəm