1900 nəfər işlə təmin edilib
Bizi izləyin

Qırmızı.az

1900 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvar ayında 1900 nəfərdən çox işsiz vətəndaşı işlə təmin edib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, bu ilin yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 1905 nəfər münasib işlərlə təmin olunub.

Bu müddətdə 160 nəfər işsiz və işaxtaran vətəndaş mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 13 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 179 nəfəri qadın olmaqla 314 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib.

Cari ilin yanvar ayı ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 552 nəfərə işsiz statusu verilib, 621 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm