Gənclər Kür çayını qərənfilə bürüdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənclər Kür çayını qərənfilə bürüdü - FOTOLAR

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Mingəçevir şəhərində aksiya keçirilib.

Publika.Az-ın məlumatına görə, yüzlərlə gənc Kür çayının Mingəçevir şəhərindən keçən hissəsindəki avtomobil körpüsünə gələrək, torpaqlarımızın müdafiəsində öz canını qurban vermiş bütün insanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra əllərindəki qərənfilləri çaya buraxıblar.

Mərkəzin regional ofisinin rəhbəri Tural Kərimov bildirib ki, bu aksiyanın keçirilməsində məqsəd Xocalıda baş verən hadisələrin region gəncləri tərəfindən heç zaman unudulmadığını və bu qanlı cinayətin onların həyatında silinməz səhifə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Mingəçevir gəncləri faciə qurbanlarını yalnız bu gün deyil, hər zaman anırlar.

Aksiyada Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, “İşıqlı Gələcək” İctimai Birliyi və digər yerli gənclər klubları yaxından iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm