Universitetə hücum: 30 tələbə öldü
Bizi izləyin

Qırmızı.az

Universitetə hücum: 30 tələbə öldü

Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı Damatru şəhərindəki universitetə hücum edib.

Hücum nəticəsində 30-a yaxın tələbə öldürülüb.

Şahidlərin sözlərinə görə, gecə saatlarında hücuma keçən terrorçular əvvəlcə universitet və rektorluq binalarını gülləboran ediblər. Daha sonra tələbə yataqxanalarını mühasirəyə alan terrorçular oranı yandırıblar.

Yanğından xilas olmaq üçün özlərini binadan aşağı atan tələbələrin başları terrorçular tərəfindən kəsilib.

Boko Haram terror qruplaşmasının Qərb təhsili verdiyi üçün məktəb və universitetlərə hücumlar etdikləri adi hal alıb. / “Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm