Qırmızı.az
“Elif sarsılmış, Hicran iflic olmuş, Oleq susurdu”- Xocalı xarici jurnalistlərin gözü ilə
“Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana
bənzəyirdi”. Bu barədə ABŞ-dan olan yazıçı-publisist, Xocalı
haqqında həqiqəti ilk dəfə Qərb dünyasına çatdırnlardan olan Tomas
Qolts qeydlərində yazır.
Soyqırımın 22-ci ildönümündə Publika.Az Xocalıdakı qətliamın haqqında xarici
jurnalistlər və müşahidəçilərin 1992-ci ildə bəhs etdiklərini
təqdim edir.
Amerikalı yazıçı Tomas Qolts qeydlərində yazırdı: “Sonuncu dəfə
Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə
vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular.
Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də,
Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt
itirmədən Londonun “İndependent” nəşrinin əməkdaşı Xyu Poupla
Ağdama yola düşdük. Sonuncu dəfə ora Əliflə getmişdik. O deyirdi
ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işğal
ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların
da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət
istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə inana
bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə
birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib,
yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri
cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri
çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki,
həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər,
qızı isə itkin düşüb”.
Amerikalı yazar Xocalıda öldürülənləri bildirçin ovuna bənzədirdi. Yazırdı ki, min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi: “Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, ola bilməzdi, belə şey qeyri-mümkün idi. Amma bir qədər araşdırdıqdan sonra həqiqətən də ölənlərin sayı ilə bağlı təxminimizdə yanılmadığımızı anladıq.
“Röyter”sin müxbiri Elif Kaban gördüklərindən çox sarsılmışdı,
o, sanki ağılını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu.
Fotoqraf Oleq Litvin sadəcə susmuşdu, huşsuz adamlar kimi gəzirdi.
Dəhşətli şeylər danışırdılar. Meyitlərin başlarının dərisi
soyulmuş, əzaları, qızları, qolları kəsilmişdi. Dəhşət
idi”.
Xocalıda baş verənlərin şahidi olmuş İngiltərənin “Fant Men
News” telekanalının əməkdaşı R. Patrik daha sonra deyirdi:
“Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz”.
Xocalıdakı dəhşətlər haqqında Parisdə dərc olunan “Krua Eveneman”
jurnalı yazır: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya
eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu
sayda ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms” qəzeti “Erməni əsgərlər minlərlə ailəni məhv
etmişlər”,
“Fayneşl Tayms” isə “Ermənilər Ağdama tərəf gedən dəstəni
güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” deyə
yazırdı. Daha sonra “General Polyakov bildirmişdir ki, 366-cı
alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır” deyə
qeyd edirdi.
“Tayms” (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala
salınmışdır, körpə qızın ancaq başı qalmışdı”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları
kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı
kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.
“Le Mond” (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici
jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında
skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu,
azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets:
Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox
idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar
görünürdü”.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar
regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla
birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir.
ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları
vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar
törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.
Livanlı kinooperator təsdiq edirdi ki, onun ölkəsinin varlı daşnak
icması Qarabağa silah və adam göndərir.
Jurnalist Yuri Poleneyev isə “Qarabağ qan girdabında” kitabında
yazırdı: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində
törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu
qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan
etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı
Şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız
ölülər qaldı”.
Bunlar azərbaycanlıların deyil, azərbaycanlı olmayanların,
kənardan, dünyanın müxtəlif ölkəsindən, müxtəlif təşkilatından olan
insanların dedikləri həqiqətlərdir.
Asif Nərimanlı
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq