• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İranda “Qarabağın son azanı” oxundu

İranda “Qarabağın son azanı” oxundu

Azərbaycanın İrandakı Səfirliyində “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

İnterAz xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərini zəbt etməsinin və dinc əhaliyə qarşı qətliam törətməsininn 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

İran rəsmiləri, Tehrandakı diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Tehran, Qəzvin və Məşhəddə təhsil alan Azərbaycandan olan tələbələr, eləcə də Tehranda təhsil alan xarici tələbələrin iştirakı ilə keçirilmiş tədbirin əsas məqsədi Xocalı soyqırımı haqqında məlumatlılıq səviyyəsinin artırılması, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində beynəlxalq miqyasda görülən işlər barədə məlumatları daha geniş auditoriyaya, İran xalqına, o cümlədən İranda təhsil alan tələbə və tədqiqatçılara, akademik dairələrə çatdırmaq olub.

Tədbirin əvvəlində Xocalı faciəsi zamanı qətlə yetirilənlərin ruhuna dualar oxunub, Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli günü olan Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sənədli filmdən sonra “Qarabağın son azanı” səsləndirilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfiri Cavanşir Axundov qeyd edib ki, Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ilk soyqırımı deyil. Səfir Cavanşir Axundov XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə də Quba, Şamaxı, Gəncə, Zəngəzur, Naxçıvan və Azərbaycanın bir sıra digər bölgələrində də ermənilər tərəfindən dinc müsəlman əhaliyə qarşı oxşar qətliamların törədildiyini xatirladıb. Bununla yanaşı, C.Axundov əminliyini vurğulamışdır ki, Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar. Səfir İslam Əməkdaşlıq Təşkilatının, bu təşkilatın Parlament İttifaqının, habelə bir çox dövlətlərin parlamentlərinin ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qətliamı Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıdıqlarını diqqətə çatdırıb.

Səfirlik tərəfindən yerli mətbuat və informasiya redaksiyalarına Azərbaycan, fars və ingilis dillərində hazırlanmış mətbuat açıqlaması göndərilib.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, bukletlər, habelə, “Xocalıya Ədalət” kampaniyasının bukletləri və posterləri paylanıb.

Tədbir yerli kütləvi informasiya informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR