Hərbçilərin yanaraq öldüyü qəzanın VİDEOSU
Bizi izləyin

Qırmızı.az

Hərbçilərin yanaraq öldüyü qəzanın VİDEOSU

Bu gün Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

AzVision.az Türkəl TV-ə isitnadən xəbər verir ki, Ford Tranzit markalı mikroavtobusla Mercedes markalı minik maşını toqquşub. Nəticədə mercedes markalı avtomobil yoldan çıxaraq yanmağa başlayıb. Alovun avtomobilin yanacaq çəninə keçməsi partlayışa səbəb olub. Partlayış güclü olduğundan avtomobil hissələrə bölünüb.



Hadisənin necə baş veridyini yaxınlıqda yaşayan sakinlər TTV-yə danışdılar. Hadisə zamanı Mercedesin sürücüsü və sərnişini 28 yaşlı İsmayıllı rayon sakini baş leytenant Elçin Nəzərov və Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu 31 yaşlı Seymur Zeynalov yanaraq yerindəcə dünyasını dəyişib.



Meyidləri deformasiyaya uğramış avtomobildən hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon şöbəsinin əməkdaşları xüsusi alət və avadanlıqlarla çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Fordun sürücüsü 76 yaşlı Gəncə şəhər sakini Saleh Məmmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



İlkin ehtimala görə hadisəyə səbəb Mersedesin yüksək sürətlə Ford markalı mikroavtobusun yoluna çıxması olub. Qəzanın daha dəqiq səbəbləri isə Baş Dövlət Yol Polis İdarəsi və Tovuz rayon Prokurorluğunda araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm