Şirvan gəncləri Xocalı faciəsinə həsr olunmuş konfrans keçirdi
Bizi izləyin

Qırmızı.az

Şirvan gəncləri Xocalı faciəsinə həsr olunmuş konfrans keçirdi

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisi "Xocalı - gəncliyin qan yaddaşı" adlı konfrans keçirib.

Şirvan şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan konfransı giriş sözü ilə idarənin rəisi Azər Quliyev açaraq, Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

Mərkəzin Şirvan ofisinin Yusif Poladov çıxış edərək, Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq üçün gənclərimizin səfərbər olunmasının vacibliyini vurğulayıb.

YAP Şirvan şəhər təşkilatının sədri Əbilhəsən İbrahimov və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Günay Əmirova çıxışlarında erməni qatillərinin Xocalıdakı vəhşiliklərinin tarixdə qanlı iz buraxdığını bildirib, bir sıra tarixi faktlara toxunub.

Tədbir məktəbli gənclərin Xocalı faciəsinə həsr olunmuş şer kompazisiyası ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm