• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İlham Mirzəyevin tutdurduğu şəxsin məhkəməsində yeni faktlar açıqlanıb

İlham Mirzəyevin tutdurduğu şəxsin məhkəməsində yeni faktlar açıqlanıb

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin materiallarında olan sənədlər elan olunub. Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev İlham Mirzəyevin, cinayət işində olan şahidlər Rəbiyyə Zərdabinin və Saray Hüseynovanın ifadələrinin hadisə yerində yoxlanılması ilə bağlı göstərişi olub: “Lakin müstəntiq həmin şəxslərin ifadələrinin hadisə yerində yoxlanılmasını həyata keçirməyib. Əgər keçiribsə, cinayət işinə şahidlərin ifadəsinin hadisə yerində yoxlanılması protokolu əlavə edilməyib”.

Vəkil daha sonra deyib ki, ekspertizanın rəyi Asif Əliyevə 17 gün sonra verilib. Vəkilin sözlərinə görə, ekspertizanın rəyi alındıqdan 10 gün sonra təqsirləndirilən şəxsə təqdim edilməlidir. Vəkil Asif Əliyevin müdafiə hüququnun pozulduğunu bildirib.

Daha sonra cinayət işinin materiallarında olan “Azercell” mobil opretorundan alınmış telefon zənglərinə baxış keçirilməsi istənilib. Prokuror Rizvan Sultanov deyib ki, həmin SMS-lərə baxış sonda keçirilməlidir. Hakim də həmin məsələyə sonda baxış keçirilməsi qərarını verib. Daha sonra hadisə vaxtı İlham Mirzəyev və Asif Əliyevin telefon antenalarının harada olması barədə “Azercell” mobil operatorundan alınmış sənədlər tədqiq edilib. Bu zaman İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə səs-küy salıb. O, iddia edib ki, həmin sənədlərdə qüsurlar var. Lakin hakimində apardığı araşdırmadan sonra mobil operatorundan alınmış sənədlərdə heç bir qüsur aşkarlanmayıb. Həmin sənədlərdən məlum olub ki, Asif Əliyev hadisə baş verən vaxtı “Space” TV-nin yanında yox, Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində olan evində olub.

Cavanşir Süleymanovun sözlərinə görə, cinayət işinin materiallarında Azercell mobil operatorundan alınmış SMS-lərin siyahisi var. Həmin siyahıda qeyd olunur ki, Asif Əliyev 13 iyul 2013-cü il tarixdə, saat 01.09-da İlham Mirzəyevə SMS göndərib. Həmin SMS-in göndərilməsi zamanı Asif Əliyev Fətəli Xan Xoyski küçəsində, İlham Mirzəyev isə “8-ci kilometr” qəsəbəsində olub. Vəkilin sözlərinə görə, Asif Əliyev həmin saatlarda “Space” TV-nin yanında olmadığı sübuta yetirilir. Daha sonra vəkil Asif Əliyevin İlham Mirzəyevə göndərdiyi SMS-lər elan edilib. Asif Əliyev həmin SMS-də “İlham asqım, səni dayın qızından çox sevirəm” sözlərini yazıb. Vəkil deyib ki, İlham Mirzəyev həmin SMS-i təhqir kimi qəbul edib. Müdafiəçinin sözlərinə görə, həmin SMS-də təhqir yoxdur.

“Azercell” mobil operatorundan alınmış siyahıda qeyd olunur ki, Saray Hüseynova və Rəbiyyə Zərdabi hadisə baş verən günün və yaxud həmin ərəfədə İlham Mirzəyevə zəng etməyib. Vəkilin sözlərinə görə, şahidlər məhkəmə ifadələrində İlham Mirzəyevlə telefonla əlaqə saxladıqlarını deyiblər. Vəkil şahidlərin yalan danışdığını deyib. Daha sonra iyulun 13-də gecə saat 1 və 2 radələrində İlham Mirzəyevin telefon danışıqları və göndərdiyi SMS-lər müzakirə edilib.

Cavanşir Süleymanov deyib ki, həmin danışıqlardan və SMS-dən İlham Mirzəyevin əhvali-ruhiyyəsinin yaxşı olduğu müəyyən edilir. Onun sözlərinə görə, hücuma məruz qalan şəxsin həmin vaxt sevgi və məhəbbətdən danışması mümkün deyil. Vəkilin sözlərinə görə, İlham Mirzəyevin həmin danışıqlarından hücuma məruz qalması aydın olunmur: “Həmin saatlarda kişinin başını kəsirlər. Kişi başı kəsilə-kəsilə necə SMS-lər göndərə bilər? Bu aydın deyil”.

İlham Mirzəyevin vəkili bunu adı hal olduğunu və sevginin heç bir hadisəyə baxmadığı deyib: “Sevgi, məhəbbət heç nəyə baxmır”.

Cavanşir Süleymanov deyib ki, müstəntiq 26-cı polis bölməsinə hadisənin baş verməsi ilə bağlı əməıliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini göstəriş verib. 26-cı bölmənin əməkdaşları hadisə yerində yoxlama aparıblar. Bölmənin rəisi Cəmil Əmirov müstəntiqə hadisənin baş vermədiyi haqqında məktub göndərib. Prosesdə həmin məktub elan edilib. Sonra cinayət işinin materialalrında qeyd olunub ki, Asif Əliyev iyunun 12-də saat 12-dən iyunun 13-də saat 03.00-a qədər evdə internet vasitəsilə xarici ölkələrdə olan dostları ilə danışıb. Vəkil qeyd edib ki, həmin danışıqlar “Skype” və “Odnoklassniki.ru” ilə sübut etmək mümkün olur.

İlham Mirzəyevin hadisədən bir neçə gün sonra “AST Telman” ləqəbi ilə tanınan Telman İsmayılovla foto şəkilləri açıqlanıb. Həmin ərəfədə müalicə etmək adı ilə xaricə getdiyini deyən İlham Mirzəyev Antalyada “AST Telman”ın “Mərdan Plaza” hotelində olan qonaqlıqda iştirak edib. Məhkəmə martın 3-də davam edəcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR