DİN-dən Xətaidəki qarşudurma ilə bağlı - Açıqlama
Bizi izləyin

Qırmızı.az

DİN-dən Xətaidəki qarşudurma ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsinin qarşısında keçirilən mərasim zamanı polisin kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarının fəaliyyətinə mane olması xəbərinə münasibət bildirib.

Bununla bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-a açıqlamasında bildirib ki, onlara bu barədə məlumat daxil olmayıb: “Prezident İlham Əliyevin abidəni ziyarət etməsindən sonra polis əməkdaşları dövlət rəsmlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri addımlar atıb. Ümumiyyətlə, polisin belə yerlərdə fəaliyyəti təhlükəsizlik tədbirləri ilə bağlıdır”.

Xatırladaq ki, prezidentin abidəni ziyarət etməsindən sonra mərasimdən reportaj hazırlamaq istəyən jurnalistlər polisin sərt təpkisi ilə üzləşiblər.

Polis bu hərəkəti ilə müvafiq qanunvericiliyin tələblərini pozaraq, KİV-in fəaliyyətinə süni şəkildə məhdudiyyət yaradıb. Jurnalistləri ərazidən kənarlaşdıran polis əməkdaşları media nümayəndələrinin qanuni tələblərinə məhəl qoymayıblar.

Maraqlıdır ki, E. Zahidov polisin Milli Şura üzvləri ilə insidenti (insidentin videosu da artıq yayılıb) xəbərinə də eyni reaksiya vermişdi. Görünür təhlükəsizlik üçün ərazidə xidmət aparan polislərdən DİN-in məsul şəxsləri xəbərsizdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm