Masallıda partlayış baş verib - Ana və iki övladı yaralanıb
Bizi izləyin

Qırmızı.az

Masallıda partlayış baş verib - Ana və iki övladı yaralanıb

Masallının Türkoba kəndində yaşayış evində partlayış olub. Hadisə 17.45 radələrində, kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.

Masallının Türkoba kəndində yaşayış evində partlayış olub. Hadisə 17.45 radələrində, kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.

Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə partlayış baş verib.

Nəticədə ev sahibinin həyat yoldaşı 1968-ci il təvəllüdlü Faiqə Nəsirova və onun 2 azyaşlı uşağı müxtəlif bədən xəsarətləri alıb. Onlar Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Yardım Tibbi Stansiyasına çatdırılıblar. Qadının vəziyyəti ağır olduğu üçün Bakıya yola salınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb. Evin bir otağı yararsız hala düşüb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm