Qırmızı.az
İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib
Bu gün Türkiyənin İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib.
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, konfransdan öncə universitetin
foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət
sərgi nümayiş edilib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra açılış nitqi ilə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin
sədri İsmayıl Ağayev və Əsilsiz Erməni İddialarıyla Mübarizə
Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbəy Xocalı şəhidlərini
anaraq 22 il əvvəl törədilmiş soyqırım ilə bağlı Türkiyə və
müxtəlif ölkələrdə həyata keçirdikləri fəaliyyətlər haqqında
iştirakçılara geniş məlumat veriblər.
Daha sonra məruzə ilə çıxış edən İğdır Universitetinin müəllimi
dos.dr. Türkan Kadirzadə ermənilərin türk və müsəlman dünyasına
qarşı zaman-zaman həyata keçirdikləri soyqırımlar haqqında konfrans
iştirakçılarını məlumatlandırıb.
Konfransda çıxış edən BDM-in sədr müavini Samir Adıgözəlli isə
Xocalı soyqırımına gedən yolun tarixi haqqında, XX əsrin
əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər
tərəfindən törədilmiş cinayətlər haqda tarixi faktları qeyd edib.
Eyni zamanda ermənilərin həyata keçirdiyi hərbi cinayətlərin sübuta
yetirilməsi üçün kifayət qədər əsasların olduğunu bildirərək
dünyanı ədalətli olmağa səslədi.
Konfransda iştirak edən Qarabağ müharibəsi iştirakçısı, Xocalı
faciəsinin canlı şahidi Əlövsət Qasımov da Xocalıda həyata
keçirilmiş soyqırım zamanı günahsız insanların başına gətirilənləri
qeyd edərək, şahidi olduğu hadisələr haqqında iştirakçılara geniş
məlumat verib. Daha sonra Xocalı soyqırımı haqqında sənədli film
nümayiş olunub.
Konfransın sonunda İğdır Universitetinin rektoru prof.dr. İ. Haqqı
Yılmaz Xocalını anım nitqi ilə çıxış edərək, məruzəçilərə plaketlər
təqdim edib.
Konfransda İğdırda fəaliyyət göstərən QHT rəhbərləri, AKP, CHP və
MHP-nin Bələdiyyə başqanlığına namizədlər, KİV nümayəndələri,
universitetin müəllim və tələbə heyəti iştirak edib.
BDM və ASİM-DER-in Xocalı soyqırımı ilə bağlı Van və İğdır
vilayətlərində həyata keçirdikləri tədbirlər bu gün akşam Xocalı
şəhidlərinin ruhuna oxunacaq Qurani Kərim və veriləcək ehsanla
yekunlaşacaq.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO